Naxçıvanda “Maliyyə Forum”u keçiriləcək
Dekabrın 18-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Maliyyə Forumu” keçiriləcək.
Crossmedia.az bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, forumun keçirilməsinin əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.
Qeyd olunub ki, forum Azərbaycan Respublikasının bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikasının hökumət nümayəndələri, muxtar respublikanın bütün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, həmçinin digər mütəxəssislərin iştirakı ilə keçiriləcək.
10:08 14.12.2024
Oxunuş sayı: 4936