Biznes

Komitə sədri qəbul keçirib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

Crossmedia.az Komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Salyan, Biləsuvar və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

09:24 13.12.2024

Oxunuş sayı: 3953

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR