ABŞ və Almaniya liderləri NATO-nun gələcəyini müzakirə ediblər
Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı NATO-nun gələcəyini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı nə Amerika qoşunlarının Almaniyadan çıxarılması, nə də hərbi infrastrukturun istifadəsinə məhdudiyyətlər müzakirə olunuv.
"Biz həmçinin NATO-nun gələcəyini də müzakirə etdik. Telefon danışığımız zamanı mən ona iyunun əvvəlində keçiriləcək Ankara sammitindən əvvəl NATO-nun gələcəyini yenidən müzakirə etmək imkanı təklif etdim. Bu ittifaq hazırda əvəzolunmazdır və buna görə də mən onu Amerika prezidenti ilə birlikdə qorumaqda və daha da inkişaf etdirməkdə çox maraqlıyam", - deyə kansler bildirib.
21:57 09.04.2026
Oxunuş sayı: 44