Bir yaşlı "Yurd Media"nın təsisçici: Konsepsiyamıza sadiq qalaraq bu yanaşmadan imtina etmişik
Bu günlərdə Azərbaycanın media məkanında özünün orijinallığı seçilən Yurd.media xəbər saytının bir yaşı tamam olur. Saytın baş redaktoru və təsisçiçi Murad Əliyev bir yaş münasibətilə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Geridə qoyduğunuz bir ili necə qiymətləndirirsiniz?
- Yurd.Media Azərbaycanın bölgələrinin həyatının işıqlandırılması üzrə ixtisaslaşmış xəbər, multimedia, araşdırma portalı kimi 7 aprel 2025-ci il tarixində fəaliyyətə başlayıb. Başladığı ilk gündən portal Azərbaycanın sosial-iqtisadi həyatı ilə bağlı özəl xəbərlərin istehsalına xüsusi diqqət ayırıb. Bir çox araşdırmaların, o cümlədən bank, sığorta, investisiya şirkətləri, əmlak bazarı, marketlərdə məhsul qiymətləri, həmçinin bölgələrdə kənd təsərrüfatı, səhiyyə və digər sahələrin göstəricilərinin foto və video infoqrafikalar formasında təqdimatı böyük oxucu marağına səbəb olub. Saytda günümüzün vacib mövzuları ilə bağlı xüsusi süjetlər də yaradılıb ki, burada Böyük Qayıdış, Azərbaycan-Ermənistan sülh gündəliyi, süni intellektin tətbiqi və digər istiqamətlər üzrə bütün vacib məqamları daim yenilənən bir link vasitəsilə oxumaq imkanı yaradılıb. Ölkə xaricində baş verən hadisələr, əyləncə, şou-maqazin tipli xəbərlərdən imtina etməklə çoxsaylı baxış yığmağın hazırda müşkül olduğuna baxmayaraq Yurd.Media öz dəst-xəttinə sadiq qalaraq geniş oxucu auditoriyası formalaşdırıb. Hazırda sayt gündəlik stabil 5-10 min unikal izləyici sayı ilə yüzlərlə xəbər resursu arasında ilk 50-likdə qərarlaşmağı bacarıb. Bunu Azərbaycanın onlayn media resurslarının milli ölçü sistemi olan metrix.az resursundakı sayğac göstəriciləri də təsdiq edir. Buna nail olmaq üçün əsas səbəb saytda hər gün özəl xəbərlərin üstünlük təşkil etməsidir. Digər tərəfdən dərc olunan xəbərlərin dəqiqliyi redaksiyanın əsaslandığı ən vacib meyardır. Məhz bu iki amil - özəl və dəqiq məlumat axını Yurd.Media-nı ölkə mətbuatı üçün etibarlı istinad mənbəyinə çevirib.
Həmçinin, video kontentin günü-gündən insanlar arasında daha populyarlaşmasını nəzərə alaraq bölgələrdə mövcud olan problemlər, həllini gözləyən məsələlər, istifadə olunmayan imkanların geniş müzakirəsi üçün “Yurddaş” layihəsinə başlanılıb Təqdimatımla hazırlanan verilişlərdə deputatlar, iqtisadçılar, idman mütəxəssisləri və digər qonaqlarla bölgələrin gündəmi müzakirə olunub. "Youtube" və müxtəlif sosial şəbəkələrdə yayımlanan layihə artıq milyondan çox izləyici auditoriyası toplayıb. Yurd.Media fəaliyyətində yalnız gündəlik xəbər axınının təmin olunması ilə kifayətlənməyərək, Azərbaycanın bölgələrində fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, fərdi sahibkarların və ailə təsərrüfatlarının fəaliyyətinin tanıdılmasına da xüsusi önəm verir. Portal bu istiqamətdə yerli iqtisadi aktivliyin görünənliyinin artırılmasını və regionlarda formalaşan real biznes nümunələrinin geniş auditoriyaya çatdırılmasını vacib prioritetlərdən biri kimi müəyyən edib.
- Əsas missiyanız nədir?
- Yurd.Media bölgələrdə fəaliyyət göstərən istehsal, xidmət, kənd təsərrüfatı
və emal sahələrində çalışan sahibkarların təcrübəsini, uğur hekayələrini və
qarşılaşdıqları çətinlikləri işıqlandırmaqla, həm ictimai maarifləndirmə, həm də
biznes mühitinin inkişafına töhfə verməyi hədəfləyir.
Ölkə mətbuatı üçün kadr hazırlığı da saytın işinin əhəmiyyətli bir hissəsini təşkil edir. Belə ki, fəaliyyətə başladığı ilk gündən 14 gəncə media sahəsində ixtisaslaşmaq üçün təlim keçirilib. Hazırda onların böyük əksəriyyəti müxtəlif redaksiyalarda çalışırlar. Bu ilin fevral ayından isə Yurd.Media-nın “Praktik Media Məktəbi”nin 2-ci təlim proqramına başlanılıb. Seçilmiş təlim iştirakçıları tədbirlərin işıqlandırılması, müsahibələrin alınması, reportajların təşkili, araşdırmaların hazırlanması, aktual mövzuların işlənilməsi üzrə praktik bacarıqları mənimsəyirlər.
Milli Mətbuatın 150 illik yubileyi qeyd olunan bir ildə fəaliyyətə başlayan Yurd.Media bu tarixi hadisəyə həsr olunan bir sıra tədbirlərin təşkilatçısı oldu. 22 iyul - Azərbaycanda Milli Mətbuat Günü ərəfəsində İdman Araşdırmalar Mərkəzi ilə birgə Şamaxıda "Milli Mətbuat-150" adlı minifutbol turniri keçirilib. Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışa 32 media nümayəndəsi Azərbaycanda XIX əsrdə dərc olunan ilk nəşrlər - "Əkinçi", "Kəşkül", "Ziya" və "Kaspi" adlı komandalara bölünərək yarışıblar.
- Jurnalistikadakı müasir trendlərə necə uyğunlaşırsınız?
- Fəaliyyətə başladığı ilk portal Azərbaycanın sosial-iqtisadi həyatının bütün əsas istiqamətlərini əhatə edən özəl və araşdırma xarakterli xəbərlərin istehsalına xüsusi önəm verib. Yurd.Media fəaliyyətini gündəlik informasiyanın sadə ötürülməsi ilə məhdudlaşdırmayaraq, ictimai maraq doğuran mövzular üzrə dərin təhlil və faktlara əsaslanan araşdırmaların hazırlanmasını prioritet istiqamət kimi müəyyən edib. Belə ki, bank sektoru, sığorta və investisiya şirkətlərinin göstəricilərinin təhlili, daşınmaz əmlak bazarı, pərakəndə ticarət şəbəkələrində məhsul qiymətlərinin dinamikası üzrə aparılan müqayisəli araşdırmalar oxucular üçün praktiki və analitik dəyər daşıyan materiallar kimi təqdim olunub. Bununla yanaşı, bölgələr üzrə kənd təsərrüfatı istehsalı, səhiyyə göstəriciləri, sosial infrastruktur və yerli iqtisadi aktivlik kimi mövzular da mütəmadi şəkildə izlənilib və işıqlandırılıb.
Hazırlanan materialların foto, video və infoqrafika formatlarında təqdim edilməsi, məlumatların daha anlaşılan, vizual və əlçatan şəkildə oxucuya çatdırılmasına imkan yaradıb. Bu yanaşma, xüsusilə statistik göstəricilər və bazar təhlilləri üzrə məlumatların geniş auditoriya tərəfindən maraqla qarşılanmasına səbəb olub. Nəticə etibarilə, özəl məzmun istehsalı, araşdırma yönümlü yanaşma və vizual məlumat təqdimatı Yurd.Media-nı qısa müddətdə ölkənin sosial-iqtisadi gündəmini izləyən oxucular üçün etibarlı istinad və analitik informasiya platformasına çevirib.
- Məlumdur ki, müasir media sistemində istənilən media subyektinin keyfiyyətinin əsas meyarlarından biri də İP və istinaddır. Sizin bu məsələ ilə bağlı siyasətiniz nədən ibarətdir?
- Ölkə xaricində baş verən hadisələrə, əyləncə və şou-maqazin xarakterli xəbərlərə üstünlük verilməsinin onlayn mediada daha çox baxış toplamaq baxımından nisbətən asan yol olduğu bir dövrdə Yurd.Media bu yanaşmadan öz konsepsiyasına sadiq qalaraq imtina edib. Portal fəaliyyətinin əsasını Azərbaycanın daxili ictimai, sosial və iqtisadi gündəminin sistemli və peşəkar şəkildə işıqlandırılması üzərində quraraq özünəməxsus redaksiya dəst-xətti formalaşdırıb.
Qlobal trendlərə və kliklər üçün işləməməklə Yurd.Media
seçdiyi mövqeyə sadiq qalaraq tədricən sabit və etibarlı oxucu auditoriyası
formalaşdırmağa nail olub. Hazırda sayt gündəlik 5–10 min arası stabil
unikal izləyici göstəricisi ilə ölkədə fəaliyyət göstərən yüzlərlə onlayn xəbər
resursu arasında ilk 50-likdə qərarlaşır. Bu göstəricilər Azərbaycanın
onlayn media resurslarının milli ölçü sistemi olan metrix.az üzərindən
aparılan rəsmi statistika ilə də təsdiqlənir.
Bu nəticəyə nail olunmasının əsas səbəblərindən
biri saytda hər gün özəl və eksklüziv xəbərlərin üstünlük təşkil etməsidir.
Bu isə oxucular üçün portalı yalnız xəbər oxumaq deyil, ilk mənbədən məlumat
əldə etmək üçün müraciət edilən platformaya çevirir.
Digər mühüm amil isə dərc olunan bütün xəbərlərdə
dəqiqlik və faktların yoxlanılması prinsipinin redaksiyanın əsas meyarı kimi
qorunmasıdır. Məlumatın mənbəyinin təsdiqlənməsi, rəqəmlərin və
açıqlamaların yoxlanılması, manipulyativ və qeyri-dəqiq informasiyadan yayınma
redaksiya siyasətinin ayrılmaz hissəsidir.
Nəticə etibarilə, özəl məzmun istehsalı və dəqiq
informasiya axını Yurd.Media-nın fəaliyyətinin iki əsas sütununu təşkil
edir. Məhz bu yanaşma portalı qısa müddət ərzində ölkə mediası üçün etibarlı
istinad mənbəyinə, oxucular üçün isə güvənilən informasiya ünvanına
çevirib.
- Bəs multimedialılıq?
- Rəqəmsal mediada video kontentin sürətlə artan populyarlığını və auditoriyanın vizual müzakirələrə artan marağını nəzərə alan Yurd.Media bölgələrin real mənzərəsini daha geniş auditoriyaya çatdırılması məqsədilə “Yurddaş” adlı xüsusi video-layihəyə həyata keçirir. Layihənin əsas məqsədi ölkənin müxtəlif regionlarında mövcud olan sosial-iqtisadi problemləri, uzun müddətdir həllini gözləyən məsələləri, eyni zamanda istifadə olunmayan potensial və inkişaf imkanlarını açıq müzakirə müstəvisinə çıxarmaqdır. Layihə çərçivəsində fərqli sahələri təmsil edən tanınmış ictimai-siyasi və ekspert şəxslər studiyaya dəvət olunaraq regionlarla bağlı aktual mövzularda fikir və təkliflərini bölüşüblər. Müzakirələr zamanı bölgələrdə məşğulluq, kənd təsərrüfatı, sosial infrastruktur, yerli sahibkarlıq, səhiyyə və idarəetmə problemləri konkret faktlar və real nümunələr əsasında gündəmə gətirilib. Layihə YouTube və digər sosial şəbəkələr üzərindən yayımlanaraq qısa müddətdə geniş izləyici auditoriyası qazanıb. Hazırda “Yurddaş” verilişləri müxtəlif platformalar üzrə ümumilikdə 1 milyondan çox baxış əldə edib.
- Murad müəllim, siz uzun illərdir ki, jurnalistika sahəsindəsiniz. Fərqli media şirkətlərində çalışdığınız illər ərzində gənc jurnalistlərin yetişməsinə mühüm töhfə vermisiniz. Bəs indi?
- Ölkə mediasının dayanıqlı inkişafında peşəkar kadr hazırlığı mühüm amillərdən biridir. Bu istiqamət Yurd.Media-nın fəaliyyətində xüsusi yer tutur. Portal fəaliyyətə başladığı ilk gündən yalnız xəbər istehsalı ilə kifayətlənməyərək, gənc jurnalistlərin yetişdirilməsi və praktik bacarıqlarının artırılmasını prioritet istiqamət kimi müəyyən edib.
Bu məqsədlə fəaliyyətə başladığı ilk dövrdə 14 gənc media sahəsində
ixtisaslaşmaq üçün xüsusi təlim proqramlarına cəlb olunub. Təlimlər çərçivəsində
iştirakçılara jurnalistikanın əsas prinsipləri, xəbər yazılışı, informasiya mənbələri
ilə işləmə, etik normalar və redaksiya intizamı ilə bağlı biliklər ötürülüb. Nəticə
etibarilə, həmin gənclərin böyük əksəriyyəti hazırda müxtəlif onlayn və çap
mediası redaksiyalarında fəaliyyət göstərərək ölkə mətbuatına töhfə verməkdədir.
Kadr hazırlığı istiqamətində fəaliyyətin davamı olaraq 2026-cı
ilin fevral ayından Yurd.Media-nın nəzdində fəaliyyət göstərən “Praktik Media Məktəbi”nin
ikinci təlim proqramına start verilib. Seçim əsasında müəyyənləşdirilən təlim
iştirakçıları üçün proqram əsasən praktik yönümlü və real redaksiya işi üzərində
qurulub.
Təlim çərçivəsində iştirakçılar ictimai və rəsmi tədbirlərin
işıqlandırılması, müsahibələrin hazırlanması və aparılması, reportajların təşkili,
araşdırma materiallarının yazılması, gündəmdə olan aktual mövzuların işlənilməsi
üzrə bilavasitə praktik bacarıqlar əldə edirlər. Eyni zamanda, gənc media nümayəndələri
real redaksiya mühitində işləyərək operativlik, məsuliyyət və informasiya dəqiqliyi
kimi əsas peşə vərdişlərini mənimsəyirlər.
Yəni Yurd.Media yalnız xəbər platforması deyil, eyni zamanda ölkə
mediası üçün yeni nəsil jurnalistlərin yetişdirildiyi tədris və inkişaf mühiti
kimi formalaşır deyə bilərik.
- Portalın fəaliyyətə başlaması Azərbaycan Milli Mətbuatının 150 illiyinə təsadüf etdi. Bu yubiley ilinə siz necə töhfə verdiniz?
- Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunduğu bir ildə fəaliyyətə başlayan Yurd.Media bu əlamətdar tarixi hadisəyə xüsusi önəm verərək yubiley çərçivəsində bir sıra ictimai və simvolik tədbirlərin təşəbbüskarı və təşkilatçısı olub. Portal milli mətbuat tarixinin yalnız xatırlanması deyil, eyni zamanda müasir media nümayəndələri arasında həmrəyliyin və peşəkar bağlılığın gücləndirilməsi məqsədilə fərqli formatlı təşəbbüslərlə çıxış edib.
Bu çərçivədə 22 iyul – Azərbaycanda Milli Mətbuat Günü ərəfəsində İdman Araşdırmalar Mərkəzi ilə birgə Şamaxı şəhərində “Milli Mətbuat–150” adlı minifutbol turniri təşkil olunub. Turnir Şamaxı Olimpiya İdman Kompleksi-nin müasir idman infrastrukturu əsasında keçirilib və media nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Yarışda 32 media nümayəndəsi iştirak edərək Azərbaycanın XIX əsrdə nəşr olunmuş ilk mətbu orqanlarının adlarını daşıyan “Əkinçi”, “Kəşkül”, “Ziya” və “Kaspi” komandalarına bölünüblər. Tədbir həm regionlarda jurnalistlərin aktivliyinin artırılması, həm də milli mətbuat tarixinin yeni nəsil media nümayəndələrinə daha yaxın formatda çatdırılmasına xidmət edib. Qeyd edək ki, jurnalistlər arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində tədbirlərin gələcək illərdə də davam etdirilməsini planlaşdırır. Portal bundan sonra da müxtəlif regionlarda, fərqli formatlarda maarifləndirici və peşəkar media tədbirlərinin təşkili həyata keçirəcək.
18:01 09.04.2026
Oxunuş sayı: 58