İlham Əliyevin Gürcüstana səfəri region üçün nə vəd edir?
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri mühüm detallarla yadda qaldı. Ən başlıcası isə ölkə liderinin Gürcüstan baş naziir İrakli Kobaxidze ilə birlikdə mətbuata bəyanatlarında səsləndirdirdikləri fikirlər bir daha göstərdi ki, iki ölkə arasında əlaqələr yüksək sürətlə inkişaf etməyə davam edir. Həm rəsmi Bakı, həm də Tbilisi bunda maraqlıdır. Bu isə o deməkdir ki, Cənubi Qafqazın iki ölkəsi arasında inkişaf edən münasibətlər həm də bölgəyə təsir edəcək.
Politoloq Məhəmməd Əsədullazadə səfər barədə fikirlərini Crossmedia.az-la bölüşüb: "Prezident İlham Əliyevin Gürcüstana səfəri Cənubi Qafqazda yeni mürəkkəb geosiyasi proseslər fonunda reallaşdı. Xüsusilə ABŞ və Gürcüstan arasında diplomatik müstəvidə canlanma və ikitərəfli təmaslar, regionda yeni sülh çağırışları prezidentin səfərini mühüm edir. Məhz prezident İlham Əliyevin Tbilisidə keçirdiyi görüşdə regional sülhün və əməkdaşlığın inkişafına hesablanıb. Nəzərə alaq ki, "Gürcü Arzusu" hökuməti Moskvanın narrativləri ilə siyasət aparır. Rəsmi Tbilis N.Paşinyanın yenidən hakimiyyətə gəlməsinə qarşıdır. Çünki, Gürcüstanın keçmiş baç naziri Bidzina İvanaşvili Qərblə yüksək əlaqələrə malik ERmənistan baş naziri Nikol Paşinyanın hakimiyyətini Gürcüstanda üçün təhdid hesab edir. "Gürcü Arzusu" partiyasi Tbilisi bir növ Rusiyanın regionda yeni siyasi qalasına çevirir. Bu da Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı siyasi konfiqurasiyanı təhdid edir".

O, qeyd edib ki, Gürcüstan hökuməti məhz "Zəngəzur dəhlizinin -TRİP layihəsini" özünün nəqliyyat və logistika qovşağını təhdid etdiyindən Moskva ilə birgə Ermənistana qarşı eyni təxribatda yer alır: "Məhz Vaşinqton Cənubi Qafqazda Rusiya ilə birgə hərəkət etməsinin qarşısını almaq üçün dövlət katibi Marko Rubio Gürcüstan Baş naziri ilə ötən həftə telefonla danışdı. Vaşinqton Tbilisi ilə yeni təmaslar yaratmağa başlayıb. Bir növ ABŞ Azərbaycan və Gürcüstan diplomatik trafikliyi yaşanır. Məhz prezident İlham Əliyevin Tbilisiyə səfəri regional strateji əhəmiyyət daşıyır. Cənab prezident Tbilisinin narahatlığının qarşısını almaq üçün"Orta Dəhlizin" fəaliyyətinin bundan sonra davam etdiriləcəyini və ikitərəfli əməkdaşlığın inkişafını davam etdiriləcəyini diqqətə çatdırdı. Təbii ki, danışıqlarda Gürcüstan hökumətinin region siyasətinə diqqət ayırmasını Azərbaycan, Ermənistanla birgə yeni platformada yer almasını və növbəti mərhələdə birgə üçtərəfli formatın yaradılması əsas danışıqlar predmeti olması istisna deyil. Artıq Gürcüstan hökuməti Moskvaya deyil, Bakı ilə birgə addımlayaraq Cənubi Qafqazda geosiyasi reallıqları qəbul edib, yeni siyasi nizamda birgə çıxış etməlidir. Düşünürəm ki, prezident İlham Əliyev Gürcüstan hökumətini Vaşinqton -Bakı- Ankara xəttinə qaytarıb".
19:38 07.04.2026
Oxunuş sayı: 61