Zelenski cəbhədə vəziyyətin ağır olduğunu etiraf etdi
Cəbhə xəttində vəziyyət hazırda olduqca gərgindir - Rusiya ordusu hücum fəaliyyətini artırmağa çalışır.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin məruzəsi barədə "X"də yazıb.
"Lakin bu, yalnız onların tərəfində daha çox itkiyə səbəb olur və əməliyyatlarımıza mane olmur. Ən əsası, Rusiya Sumı və Xarkov vilayətlərinin sərhəd bölgələrində, eləcə də Donetsk bölgəsində məqsədlərinə çata bilməyib və yenidən vaxt qrafikini geri çəkir. Cənub istiqamətində bölmələrimiz təyin olunmuş tapşırıqları yerinə yetirməyə davam edir - bunun üçün hər bir bölməyə, hər bir əsgərə, çavuşa və zabitə təşəkkür edirəm. Həmçinin Baş Komandanla dərin zərbələrlə bağlı tapşırıqları müzakirə etdik. Ukraynaya eşq olsun", - o bildirib.
15:53 01.04.2026
Oxunuş sayı: 57