Ərdoğan: Beynəlxalq sistem böyük bir legitimlik böhranı yaşayır
İkinci Dünya Müharibəsindən sonra qaliblər tərəfindən qurulan beynəlxalq sistem, demək olar ki, hər sahədə böyük bir legitimlik böhranı yaşayır.
Crossmedia.az verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya zirvəsinə göndərdiyi videomesajda deyib.
O bildirib ki, dünya indi çətin mərhələdən keçir: "Dünyada sabitliyin təmin olunması heç vaxt olmadığı qədər vacibdir".
R.T.Ərdoğan söyləyib ki, Türkiyə ədaləti müdafiə etməyə, dünyada sabitliyin təmin olunmasına töhfə verməyə davam edəcək.
14:08 27.03.2026
Oxunuş sayı: 61