ABŞ quru əməliyyatlarına başlayacaq?: Ya axıra, ya da axura kimi getməlidir
Almaniyanın xarici işlər naziri Yohan Vadeful "Deutschlandfunk" radiostansiyasına müsahibəsində bildirib ki, ABŞ və İran artıq dolayı əlaqələr qurub və birbaşa danışıqlara hazırlaşır.
Onun sözlərinə görə, hər iki tərəfin nümayəndələrinin görüşünə hazırlıq aparılır. Görüşün yaxın zamanda Pakistanda keçirilməsi gözlənilir.
"Məndə olan məlumata görə, artıq dolayı təmaslar olub və birbaşa danışıqlara hazırlıq aparılır. Görünür, danışıqlar tezliklə Pakistanda baş tutacaq", - o deyib.
Bu, müəyyən ümid işığı yaradır. Fəqət raketlər havada "uçur", silahlar susmur.

Crossmedia.az-a açıqlama verən iqtisadçı - ekspert Pərviz Heydərovun sözlərinə görə, ABŞ-İsrail cütlüyünün İrana qarşı apardıqları hərbi əməliyyatların konkret məqsədə hələki yetişməməsi səbəbi heç də nə İran xalqının, nə də ki, molla rejiminin göstərdiyi hər hansı qəhrəmanlığın və yaxud şücayətin nəticəsi deyil: "Səbəb, sadəcə olaraq, hərbi əməliyyatlara qeyri-münasib vaxtda və məntiqsiz taktikanın seçilməsi yolu ilə başlanılması ilə yanaşı, İranın həm özünün ərazisi, həm yerləşdiyi çoğrafi məkanı baxımından, həm də sözügedən ölkədə 47 ildir hökm sürən rejimin də əhalinin şüurunu və düşüncə tərzini necə iflic etdiyi kimi məsələlərin və spesifik xüsusiyyətlərin nəzərə alınmamasında hesab olunmalıdır. ABŞ-nin və İsrailin istədikləri məqsədə çatmaq üçün qabaqcadan nəzərə alınmalı idi ki, quru əməliyyatlarsız iş keçməyəcək. Düzdür, bunun da bədəli az ola bilməz, lakin siyasi və hərbi liderlərin aradan götürülməsi ilə eyni vaxtda qurudan da hərəkətə başlansa idi, nəticə daha tez əldə olunacaqdı. İndi vəziyyət gəlib o yerə gəlib çatıb ki, deyir, "palçığa girmək bir ayıb, çıxmaq iki ayıb..." Odur ki, ABŞ, ya axıra, ya da axura kimi getməlidir".
13:27 27.03.2026
Oxunuş sayı: 56