Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv olunub
Azərbaycan Mərkəzi Bankı 2 hüquqi şəxsə və 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini ləğv edib.
Bu barədə Crossmedia.az tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bu qərar noyabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul edilib.
08:22 09.12.2024
Oxunuş sayı: 6471