İranın ali dini lideri əslində öldürülməyib?- Cavab Türkiyədən gəldi
Bir neçə gündür davam edən İsrail- İran müharibəsinin ilk günlərində İran Ali Dini Lideri Seyid Əli Xamneyinin öldürülməsi barədə məlumat yayılmasına və bütün dünyanın bunu belə qəbul etməsinə rəğmən, skeptik yanaşmalar da mövcuddur. Bəzilərinin fikrincə, Xamneyi ölməyib. Baş verənlər isə böyük oyunun tərkib hissəsidir.

Bu ehtimal barədə türkiyəli politoloq Hasan Oktay Crossmedia.az-a danışıb: "İranın dini lideri Ali Dini Lideri Seyid Əli Xamneyinin öldürülməsi barədə məlumatı əvvəlcə İsrail, daha sonra isə Amerika mətbuatı yaydı, daha sonra isə İran rəsmiləri tərəfindən təsdiqləndi. 40 günlük matəm elan edildi və dəfn proqramı hazırlandı. İndi isə İran ilahiyyatına görə, Əli Xəndənin ölməməsi, əksinə, "itkin imam" anlayışına bənzər naməlum bir yerə çəkilmə ehtimalı var. Liderin 90 yaşı olduğunu nəzərə alsaq, onun geri çəkilib İranın gələcəyi barədə danışması ehtimalı azdır; buna görə də onun ölməsi ehtimalı daha yüksəkdir".
14:46 05.03.2026
Oxunuş sayı: 788