Ramazanda qardaş qanı: Pakistan- Əfqanıstan müharibəsi dərhal bitməlidir
Pakistan Silahlı Qüvvələri ilə toqquşmalarda həlak olan Əfqanıstan hərbçilərinin sayı ən azı 297-yə çatıb, 450-dən çoxu yaralanıb.
Bu barədə Pakistanın informasiya naziri Attaulla Tarar "X" hesabında yazıb.
Onun sözlərinə görə, Pakistan ordusu tərəfindən Əfqanıstanın 29 hədəfinə hava hücumları həyata keçirilib, 89 nəzarət məntəqəsini məhv edilib, daha 18-i isə nəzarət altına alınıb.
Bundan əlavə, tanklar, zirehli personal daşıyıcıları və artilleriya da daxil olmaqla 135-dən çox hərbi texnikaya ziyan dəyib.

Tərəflər arasında davam edən döyüşlərlə bağlı türkiyəli hərbi ekspert Mithat Işık Crossmedia.az-a danışıb: Pakistan-Əfqanıstan sərhədi kimi də tanınan "dayanma xətti" 1800-cü illərdə Britaniya tərəfindən çəkilib və 2640 kilometr uzunluğundadır. Əfqanıstan bu sərhədi qəbul etmir. Britaniyalılar geri çəkildikləri yerdə problemli əraziləri geridə qoymaq strategiyası qəbul ediblər və bu bölgələrdə zamanla artan gərginlik ölkələr arasında müharibəyə səbəb olub. Pakistan iddia edir ki, Hindistan tərəfindən təşviq edilən Pakistan Talibanı Pakistanda terror hücumları həyata keçirir və Əfqanıstan hökumətini məsuliyyətə cəlb edir. Buna görə də, 21 fevralda Pakistan hava qüvvələri Əfqanıstanın Nanqahan, Paktika və Xoşta əyalətlərindəki terrorçu bazalarını bombalayıb. İki ölkə arasında gərginlik davam etdikcə, Əfqanıstan siyasi bürokratiyasındakı nüfuzlu şəxslər Pakistana qarşı intihar hücumları həyata keçirəcəklərini açıqlayıblar. İki ölkə arasında əhəmiyyətli bir güc balanssızlığı var. Pakistanın Hindistan və Pakistan arasındakı münaqişədə göründüyü kimi nüvə silahları və güclü hava qüvvələri var. Əfqanıstanda müxtəlif etnik qruplar var və bunlar bölgədə asanlıqla istismar edilə bilər. Ramazan ayında iki müsəlman ölkəsi arasında belə bir münaqişənin baş verməsi təəssüf doğurur. Bütün İslam ölkələri, xüsusən də Türkiyə bu münaqişəyə son qoymaq üçün daha təsirli addımlar ata bilər. Hər iki ölkənin siyasi və hərbi bürokratiyası tərəfindən başa düşülməlidir ki, Pakistanı bu bölgədə məşğul saxlamaq imperializm və sionizmin strateji məqsədidir və mümkün qədər tez bir zamanda dostluq münasibətləri qurmaq hər iki ölkənin hərbi və siyasi bürokratiyası üçün prioritetdir".
O bildirib ki, hər iki ölkənin siyasi və hərbi rəhbərliyi müharibənin itkilərini və diplomatiyanın qazanclarını yaxşı hesablamalı, problemləri danışıqlar yolu ilə həll etməyə üstünlük verməlidirlər: "Pakistan və Əfqanəstana çağırışımız da qardaş qanı tökülməsinə son verməkdir. Regiondakı qeyri - sabitlik İsrail və Hindistanın xeyrinədir. Yeri gəlmişkən deyim ki, Pakistanın güclü orduya sahib olsa da, Əfqanıstanın da üstünlüyü ver: dağlıq relyef onun "əlini gücləndirir".
11:59 28.02.2026
Oxunuş sayı: 1139