Pakistan və Türkiyə XİN başçıları Əfqanıstanla gərginliyi müzakirə ediblər
Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Türkiyə xarici işlər naziri Hakan Fidanla danışıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər son regional proseslər, xüsusən də Pakistan və Əfqanıstan arasındakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Pakistanlı nazir ölkəsinin Əfqanıstanın təcavüzünə layiqincə cavab verdiyini, Pakistan Silahlı Qüvvələrinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün uğurlu hava əməliyyatları həyata keçirdiyini vurğulayıb.
Hər iki nazir regionda sülhün və sabitliyin vacibliyini vurğulayıb.
15:28 27.02.2026
Oxunuş sayı: 860