Zalujnı: Rusiya müharibədən ukraynalılara qarşı təbliğat məqsədilə istifadə edir
Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Britaniya parlamentində ukraynalıların İkinci Dünya Müharibəsində iştirakı barədə çıxış edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Britaniya Parlamentində ukraynalıların İkinci Dünya Müharibəsində iştirakı barədə çıxış etmək şərəfinə nail oldum. Rusiya hələ də bu müharibədən ukraynalılara qarşı təbliğat və təxribat üçün istifadə edir. Buna görə də həqiqət uğrunda mübarizə bu gün Ukraynaya qarşı gedən müharibəyə birbaşa təsir göstərir", - Zalujnı qeyd edib.
15:13 26.02.2026
Oxunuş sayı: 558