NATO Qrenlandiya ilə bağlı hərəkətə keçir
NATO yaxın günlərdə Qrenlandiyada "Arctic Sentinel" əməliyyatına başlamağı planlaşdırır.
Crossmedia.az "Reuters"-ə istinadən xəbər verir.
Missiyanın başlanması ilə bağlı qərar bu həftənin əvvəlində Brüsseldə keçiriləcək ittifaq müdafiə nazirlərinin görüşü zamanı verilə bilər.
Bu addım ittifaqın regiondakı rolunu gücləndirmək və ABŞ prezidenti Donald Trampla Avropa müttəfiqləri arasında gərginliyi azaltmaq məqsədi daşıyır.
19:28 09.02.2026
Oxunuş sayı: 529