Deputat: Azərbaycan-Özbəkistan əlaqələrinin yeni mərhələyə daxil olmasında Heydər Əliyevin mühüm rolu olub
Azərbaycan-Özbəkistan əlaqələrinin yeni mərhələyə daxil olmasında Ümumilli Lider Heydər Əliyevin mühüm rolu olub.
Crossmedia.az xəbər verir ki, bunu Bakıda keçirilən Özbəkistan universitetlərinin ikinci təhsil sərgisində Azərbaycan Milli Məclisinin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, regional inteqrasiya artıq qlobal inteqrasiyaya çevrilir: "Bu, qardaşlığa, qarşılıqlı hörmətə əsaslanır. Hər iki ölkənin dövlət başçısı bu əlaqələrin güclənməsinə töhfə verir".
Deputat söyləyib ki, Özbəkistan dəfələrlə Azərbaycanın haqlı səsini müdafiə edib: "Bu qardaşlıq münasibətlərinin təzahürüdür. Bu günkü təhsil sərgisi bilik, təcrübə mübadiləsi olmaqla həm də dəyərlərin qorunmasıdır. Biz türk irsini gələcək nəsillərə də ötürməliyik".
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
11:54 31.01.2026
Oxunuş sayı: 502