Səfir: Özbəkistan və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa xüsusi önəm veririk
"Özbəkistan və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa xüsusi önəm veririk".
Crossmedia.az xəbər verir ki, bunu Bakıda keçirilən Özbəkistan universitetlərinin ikinci təhsil sərgisində Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov deyib.
O bildirib ki, Azərbaycanda Özbəkistan universitetlərinin ikinci təhsil sərgisinin sərgisinə əsasən təxminən 5 min azərbaycanlı gənc Özbəkistan universitetlərində təhsil almağa başladı: "Həmçinin Özbəkistanda təhsil alan azərbaycanlı gənclərin sayı artmaqdadır".
Səfir sərgisinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa töhfə verdiyini bildirib.
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
11:37 31.01.2026
Oxunuş sayı: 445