İddia: Hakan Fidan Nikol Paşinyana dəstək verir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistan baş naziri Nikol Paşinyana dəstək verir.
Crossmedia.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu iddia elə Ermənistanın ikinci prezidenti Robert Köçəryan çıxış edib.
O, H.Fidanın səsləndirdiyi fikirləri Paşinyana dəstək kimi qiymətləndirib: "Mən bunu Nikol Paşinyana birbaşa dəstək kimi başa düşürəm. Başqa heç bir şərh ola bilməz", - deyə Köçəryan qeyd edib.
Xatırladaq ki, yanvarın 15-də Hakan Fidan Ermənistanda keçiriləcək qarşıdan gələn seçkilərlə bağlı mətbuat konfransında bildirib: "Görürük ki, Paşinyan hazırda rəy sorğularında liderlik edir. Biz onun oynadığı konstruktiv rolu, həqiqətən, dəstəkləyirik. Bu xətt, bu iradə davam etməlidir".
15:04 29.01.2026
Oxunuş sayı: 809