Finlandiya Prezidenti: Ermənistanla Azərbaycan arasındakı sülh Avropa üçün də əhəmiyyətlidir
Ermənistan və Azərbaycan arasındakı sülh prosesi hər iki ölkə, eləcə də Orta Asiya, Yaxın Şərq və Avropa üçün iqtisadi artım və inkişaf üçün əhəmiyyətli imkanlar təqdim edir.
Crossmedia.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb ermənistanlı həmkarı Vaaqn Xaçaturyanla Davos İqtisadi Forumu çərçivəsində görüşlə bağlı "X" hesabında yazıb.
"Həmçinin Ukraynada davamlı sülhə nail olmaq üçün lazım olan növbəti addımları müzakirə etdik", - o bildirib.

16:51 20.01.2026
Oxunuş sayı: 925