907-ci düzəliş yaıxn vaxtda ləğv oluna bilər - ŞAD XƏBƏR
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə yeni dinamika müşahidə olunur. Bu münasibətlər kontekstində 907-ci düzəlişin tamamilə ləğvi məsələsi xüsusilə gündəmdədir. Bir çox ekspertin fikrincə, 907-ci düzəlişin ləğvi ikitərəfli münasibətlərdə tamamilə yni mərhələnin əsasını qoya bilər.
Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, 907-ci Düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"a əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən ən ədalətsiz qanunvericilik aktı idi: "907-ci Düzəlişə görə Azərbaycan ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet ölkəısi oldu. Bu düzəliş qəbul ediləndə ABŞ-də səfirliyimiz yox idi. Səsimizi eşidən də yox idi. Nə pulumuz, nə nüfüzümüz, hə də sadiq müttəfiqlərimiz yox idi. Düşmənlərin sayı ilə bərabər bizə qarşı ədalətsiz fəaliyyətlər hər gün artırdı. Nəticədə Azərbaycan həm Ermənistanın işğalına, həm də Ermənistanın havadarları olan ölkələrin bir çox sahələrdə kütləvi təzyiqlərinə məruz qalırdı.

Bu qadağa Azərbaycan tərəfindən Qarabağın "işğalını" və Ermənistana qarşı "blokadasını" dayandırmaq məqsədilə qəbul rdilmişdi. Halbuki Azərbaycan beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ tərəfindən tanınan öz ərazisini işğal edə bilməzdi. Digər tərəfdən isə Ermənistan ümumiyyətlə blokada vəziyyətində deyildi. Onun həm İrana, həm Gürcüstana avtomobil, hava və dəmir yolu daim açıq olub. Hətta bu bahələri nəzərə alsaq belə hazırda regionda yeni reallıq yaranıb. Azərbaycan daim bu Düzəlişin əleyhinə olub. Ermənistanın baş naziri Nikol Paşinyan da başına dəyən "Dəmir Yumruq"-dan sonra Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla ermənipərəst senator Con Makkeynin, senator Con Kerrinin və konqressmen Veyn Ovensin o zaman nə qədər haqsız olduğunu nümayiş etdirdi".
O bildirib ki, nağıla bənzəyən və "işğalçının blokadaya alınması" məsələsinin də heç bir vaxt həqiqətlə əlaqəsi olmayıb: "İndi isə heç bu barədə danışmağa dəyməz. Halbuki işğalçı ölkənin işğala məruz qalan ölkə və dügər normal ölkələr tərəfindən blokadaya alınması və ona qarşı məhdudiyyətlərin tətbiq edilməsindən təbii heç nə ola bilməzdi. Yaxşı anlayıram ki, müharibə tərəflərini dayandırmaq üçün müəyyən addımlar atıla bilər, amma bu addımların birtərəfli olması və işğalçıya deyil, işğala məruz qalan ölkəyə tərəf tətbiq edilməsi ABŞ üçün tam biabırçılıq idi. İstənilən halda artıq hər iki saxta bəhanə və 907-ci Düzəliş, ATƏT-in Minsk Qrupu ilə eyni məzarlıqdadır. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan bu gün daha münasib qiymətə olan Azərbaycan yanacağından istifadə edir. Dəmir yolu açılıb, hava məkanından ikitərəfli istifadə uzun müddətdir həyata keçirilir. Azərbaycan və ABŞ prezidentləri arasında ay əvvəl 907-ci Düzəlişin düzəlişin fəaliyyətinin dayandırılması üçün razılıq əldə olunub. Amma Düzəlişin tamamilə ləğv edilməsi barədə qərarı ABŞ konqresi qəbul etməlidir. Ümid edirəm ki, bu qərarın qəbulu üçün uzun müzakirələrə ehtiyac olmayacaq və ən yaxın müddətdə bu utancverici Düzəliş ləğv ediləcək. Bundan sonra isə ABŞ və Azərbaycan arasında təhlükəsilik və müdafiə sahəsində əməkdaşlığın yeni və parlaq səhifəsi açılacaq.
14:09 19.01.2026
Oxunuş sayı: 1382