ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirməsi gözlənilir - Politoloq
"Reuters" agentliyi İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb ki, Rəsmi Tehran ABŞ-nin İran ərazisinə hücum edəcəyi təqdirdə Yaxın Şərqdəki ABŞ bazalarına zərbə endirməkdə qətiyyətlidir.
"Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, ABŞ İrana zərbə endirsə, bu ölkələrdəki ABŞ bazalarını vuracaq. İran bu ölkələri ABŞ hakimiyyətinin bu addımlarının qarşısını almağa çağırıb", - mənbə qeyd edib.
Agentliyin bundan əvvəl yaydığı məlumata görə, ABŞ öz hərbçilərinə axşam saatlarına qədər Qətərdəki "Əl-Udeyd" avibazasını tərk etməyi tövsiyə edib.

ABŞ-nin İrana mümkün hərbi müdaxilə ehtimalı barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ İranın hərbi və siyasi mərkəzlərinə, strateji obyektlərinə qarşı hərbi əməliyyatlar keçirməsi gözlənilir: "Plan İranda hakimiyyəti deyişmək və yeni bir sistem formalaşdırmaqdir. ABŞ İranla ticarət edən ölkələrə qarşı rüsum tətbiq etməsi, hərbi qüvvələrini Yaxın Şərqə göndərməsi, etiraz aksiyasını dəstəkləməsi böhranı daha da inkişaf etdirir. İrana qarşı hərbi əməliyyatlar İsrailə qarşı və ABŞ bazalarının raketlərlə vurulmasına başlanılacaq. İranla müharibə uzun müddətli və yorucu ola bilər. Hakim rejim təslim olmayacaq. ABŞ hücumu fonunda küçələrdən etirazçı insanlar çəkiləcək. İranda qeyri -sabitlik Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir".
18:02 14.01.2026
Oxunuş sayı: 1921