Türkiyəli ekspertlə müsahibə: İran daxilindəki proseslər qırılma nöqtəsi ola bilər - ANONS
ABŞ-nin Venesuelada etdikləri, Qrenlandiyaya iddiaları, İranda baş verənlər və bunun fonunda ABŞ və İsrailin İrana hərbi müdaxilə ehtimalı geosiyasi müstəvidə yeni dinamika yaradır. Hazırda baş verən proseslər gələcək üçün də müəyyən suallar yaradır. Beynəlxalq münasibətlər mütəxəssislərini ən çox düşündürən məsələlərdən biri davam edən proseslərin nə ilə nəticələnəcəyidir. Bir çoxunun fikrincə, dünya artıq üçüncü böyük müharibə ərəfəsindədir.
Türkiyəli beynəlxalq münasibətlər üzrə ekspert, dosent Levent Ersin Orallı baş verənlər barədə Crossmedia.az-a geniş müsahibə verib.
Müsahibədən bir neçə fikri təqdim edirik:
- İran daxilindəki proseslər qırılma nöqtəsi ola bilər.
- Ukrayna suverenlik məsələsində güzəştə getmək istəmir.
- Rusiya - Ukrayna müharibəsinin taleyi güc balansından asılıdır.
- ABŞ-nin Şərqi Avropadakı müharibəni hələ də bitirə bilməməsi ilə bağlı çox vaxt yanlış təsəvvür formalaşır.
Qeyd edək ki, geniş müsahibə bir neçə günə dərc olunacaq.
17:51 14.01.2026
Oxunuş sayı: 1224