Azərbaycana turist axını AZALIB
2025-ci ilin ilk 11 ayı ərzində Azərbaycana gələn turist sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2% az olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aylıq hesabatında qeyd edilib.
Belə ki, ötən ilin 11 ayı ərzində Azərbaycana 2,364,251 turist gəlib. Bu, 2024-cü ilin eyni dövründə 2,412,160 nəfər təşkil edib.
2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn turist sayını ölkələr üzrə ilk onluğu təqdim edirik:
Rusiya 573,067
Türkiyə 416,689
İran 190,504
Hindistan 151,574
Gürcüstan 101,142
Səudiyyə Ərəbistanı 99,196
Qazaxıstan 95,952
Pakistan 81,952
Çin 60,636
İsrail 59,917 nəfər təşkil edib.
14:01 14.01.2026
Oxunuş sayı: 1142