ABŞ seçim qarşısında: İrana zərbə endiriləcək?
İranda baş verən son proseslər bu ölkənin gələcəyi ilə bağlı ciddi suallar yaradır. Fərqli versiyalar var. Bir çox analitikin fikrincə, baş verənlərdə xarici qüvvələrin də var.
Daxildə baş verənlər azmış kimi artıq İsrail və ABŞ-nin də İrana hərbi müdaxilə ehtimalı gündəmə gəlib. Prosesin daha da genişlənməsi və ciddi nəticələrlə yadda qalmasl mümkündür.
Baş verənlər barədə Crossmedia.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İranı idarə edənlər ABŞ və onun Prezidenti Donald Trampı hədələmələrinə baxmayaraq, indiki ağır vəziyyətdə Ağ Ev sahibi ilə müzakirələri lazım biliblər: "Çünki, bilirlər ki, Prezident Donald Tramp “İrana müdaxilə edə bilərik” deyərkən real addımlar ata bilər. Görünür, İran mühafizəkarları bunu önləmək üçün xarici işlər naziri Abbas Əraqçiya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla təmas qurmağı tapşırıblar. Böyük ehtimalla İran Prezidenti Məsud Pezeşkian da Vaşinqtonla dialoqun tərəfdarıdır. Tramp hələ İrana zərbə vurmağın tərəfdarı deyil. Çünki, ona təqdim edilən hesabatlarda raket zərbələrinin mühafizəkarların işinə yarayacağı, onların düşmənə qarşı İran cəmiyyətini biləşdirə biləcəyi göstərilir. Ancaq tərsi də mümkündür. Zərbələr İranda daxili qarşıdurmanın artmasına da şərait yarada bilər ki, mühafizəkarlar bundan ehtiyat edirlər. Tramp bu iki yanaşma arasında qərar verməkdə çətinlik çəkir. İran mühafizəkarları isə vaxt udmağa, ABŞ qəti addımlar atana qədər ölkədəki etirazları zor gücünə boğmağa çalışırlar".
16:15 13.01.2026
Oxunuş sayı: 1315