İranda baş verənlər nə ilə nəticələnəcək?: Müəyyən keçid prosesi baş verəcək və...
İranda etirazların yeni dalğası başlayıb, bu gün səhər saatlarında minlərlə insan paytaxt Tehranın küçələrinə axışıb.
Etirazlar fonunda bir çox aparıcı xəbər agentliklərinin saytları işləmir. Ölkədə 12 saatdır ki, internet bağlantısı yoxdur.
"Azad İran"ın məlumatına görə, Yəzddə etirazçılar bələdiyyə binasını, Tehranda isə inzibati binalardan birini yandırıblar. Bildirilib ki, Tehranın Firdovsi bulvarında polis maşınları yandırılıb.
İranda vəziyyət kifayət qədər gərgindir. Proseslərin daha da gərginləşməsi və ciddi nəticələrlə yekunlaşması istisna edilmir.
Siyasi elmlər doktoru, professor Sabir Məmmədli İranda baş verənlər barədə Crossmedia.az-a danışıb: "Əgər kimsə fikirləşirsə ki, İranda rejimin dəyişirilməsi dövlətin okeanda batması ilə baş verəcək - bu yanlış düşüncədir. Müəyyən keçid prosesi baş verəcək və böyük ehtimalla bu ssenari yeganə legitim, xalq tərəfindən seçilmiş pezident Məsud Pezeşkian vasitəsilə reallaşacaq. Bütün soydaşlarımız bu xətti dəstəkləməlidir və hansısa şah qalığını qabartmamalıdırlar".
12:38 09.01.2026
Oxunuş sayı: 1980