Aİ Türkiyəni təşkilata üzv etməlidir, əks halda... - Türkiyəli ekspert
ABŞ son zamanlar ortaya qoyduğu ritorika ilə hər kəsi təəccübləndirir. Doğrudur ki, rəmsi Vaşinqton həmişə dünya ağası olmaq uğrundan mübarizə aparıb. Amma Ağ Ev rəhbəri Donald Tramp bir müddət əvvələ kimi planatdəki bütün müharibələrə son qoyacağını deyir, özünü sülh prezidenti kimi təqdim edird. Hətta Tramp Nobel sülh mükafatına iddia edirdi. İndi isə ABŞ dünyanın "canını boğazına yığır"- gah sağa barmaq silkələyir, gah sola.
Bu kontekstdə ABŞ-nin Venesuala və Qrenlandiya siyasəti xüsusilə diqqət çəkir.

Ağ Evin sərgilədiyi ritorika barəəd Crossmedia.az-a danışan türkiyəli hərbi ekspert Mithat Işık bildirib ki, ABŞ bütün Amerika qitəsinin özünə məxsus olmasını və onun nəzarəti altında qalmasını istəyir: "Venesuela neftlə zəngin bir ölkədir və ABŞ Venesuela neftinin Çinə satılmasına, Çinin bölgədəki təsirinin və maraqlarının genişlənməsinə qarşı çıxır. Venesuela əsasən qızıl və gümüşdən ibarət zəngin yeraltı sərvətlərə malikdir. BŞ orada tapılan nadir torpaq elementlərini əldə etmək istəyir. Venesuelanın neft sənayesi milliləşdirilib, lakin ABŞ özəl şirkətlərin onu idarə etməsini istəyir və bunu da edib. Qrenlandiya gələcək dəniz nəqliyyatına nəzarət etmək üçün strateji əhəmiyyətə malikdir. Buzlaqlar əriyir və ABŞ Rusiyanın orada təsirinin olmasını istəmir. ABŞ NATO üzvü olan bir ölkənin ərazisini işğal etmək və ya almaq istəyir. Danimarka və Avropa İttifaqı (Aİ) buna qarşı çıxır. Məsələ danışıqlar yolu ilə həll olunmazsa, NATO üzvü olan bir ölkənin ərazisi başqa bir NATO üzvü tərəfindən işğal ediləcək. Bu da ittifaq daxilində və NATO ölkələri arasında müxtəlif inkişaflara səbəb ola bilər. ABŞ qərarlarında müttəfiqləri ilə məsləhətləşməsə, bu vəziyyət uzunmüddətli perspektivdə Avropa ilə ABŞ arasında daha dərin problemlər yarada bilər. Avropa öz təhlükəsizliyini təmin etməyə hazırlaşmalıdır. Türkiyəni mümkün qədər tez bir zamanda üzv etməli və güclü bir Avropa ordusu yaratmalıdır. Əks halda, ABŞ-nin tələblərini yerinə yetirmək məcburiyyətində qalacaq".
10:43 09.01.2026
Oxunuş sayı: 1904