Ukrayna əks-kəşfiyyat işlərini gücləndirib
Ukrayna əks- kəşfiyyat işlərini gücləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Aleksandr Pokladla görüşü ilə bağlı özünün "X" hesabında yazıb.
"Ukrayna dövlətçiliyinin müdafiəsi və əks-kəşfiyyat işi əhəmiyyətli dərəcədə gücləndirilib. Bu istiqamət inkişaf etməyə davam edəcək. Biz rus işğalçılarının Ukrayna Təhlükəsizlik Xidmətinin gücünü daha da hiss etmələrinə yönəlmiş konkret tapşırıqları və əməliyyatları nəzərdən keçirdik. Ukraynaya eşq olsun!", - o bildirib.

17:07 05.01.2026
Oxunuş sayı: 1864