Zelenski elan etdi: Ukrayna yeni xüsusi əməliyyatlar hazırlayır
Ukrayna yeni xüsusi əməliyyatlar hazırlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyatlar Mərkəzinin rəisi Yevgeni Xmara ilə görüşü barədə özünün "X" hesabındakə paylaşımında yazıb.
" Tammiqyaslı müharibə illərində göstərdikləri son dərəcə vacib döyüş əməliyyatlarına görə Yevgeniyə və bütün xüsusi əməliyyat döyüşçülərimizə minnətdaram. Ukrayna müdafiəsində lazımi nəticələr əldə edir və bunu mümkün edən bütün döyüşçülərimiz ən yüksək hörmətə və minnətdarlığa layiqdirlər. Ukrayna xüsusi əməliyyat qüvvələrinin və Ukrayna Təhlükəsizlik Xidmətinin "A" Xüsusi Əməliyyat Qüvvələrinin təcrübəsini genişləndirəcəyik. Bu gün Yevgeni və mən Ukrayna Təhlükəsizlik Xidmətinin institusional inkişafı və hazırda hazırladığımız xüsusi əməliyyatlar üçün əlavə imkanları da müzakirə etdik. Ukraynaya eşq olsun!", - o bildirib.

16:00 05.01.2026
Oxunuş sayı: 2720