Rusiya Trampla Zelenski arasındakı görüşə təsir edib - ŞOK İDDİA
Prosesin gedişi göstərdi ki, Rusiya görüşdə iştirak etməsə də, ssenariyə təsir edib. Formal olaraq Rusiya masada yox idi, amma mahiyyət etibarilə görüş Rusiyanın istədiyi ssenari üzrə getdi.
Bunu Crossmedia.az-a geniş müsahibəsində politoloq, professor Əlimusa İbrahimov ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında dekabrın 28-də Floridada baş tutan görüş barədə danışarkən deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi faktiki olaraq Moskvanın mövqeyi ilə üst-üstə düşürdü: "Tramp sanki Rusiyanın maraqlarını müdafiə edən tərəf kimi çıxış etdi. Bu da görüşün nəticəsiz qalmasına səbəb oldu. Çoxları elə bilir ki, Trampın "sehrli çubuğu" var. Amma bu, belə deyil".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/62101
15:39 30.12.2025
Oxunuş sayı: 1559