Politoloqla müsahibə: Tramp Rusiyanı real güc kimi qiymətləndirir - ANONS
Davam edən Rusiya - Ukrayna müharibəsi beynəlxalq gündəmi zəbt edən əsas məsələlərdəndir. Bir çox ekspertin fikrincə, savaş artıq yeni mərhələyə daxil olub. ABŞ nə qədər çalışsa da, hələ ki, müharibəni dayandıra bilmir. Bu isə döyüşlərin arealının genişləndirilməsi ehtimalını gündəmdə saxlayır.
Dekabrın 28-də Floridada ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında baş tutan görüş də nəticə verənə oxşamır. Hər halda nə Kiyev geri çəkilir, nə də Moskva geri addım atır. Bu isə müharibənin gedişatı ilə bağlı ciddi suallar yaradır.
Politoloq, professor Əlimusa İbrahimov bu davam edən müharibə və mümkün perspektivlər barədə Crossmedia.az-a geniş müsahibə verib.
Müsahibədən bir neçə fikir təqdim edirik:
- Florida görüşü Rusiyanın istədiyi ssenari üzrə davam etdi.
- Tramp Ukrayna məsələsində üzərinə heç bir konkret öhdəlik götürmək istəmir.
- Tramp Rusiyanı real güc kimi qiymətləndirir.
- Avropa üçün ən real yol ABŞ-la münasibətləri mümkün qədər qorumaqdır, əks halda...
Geniş müsahibə bir neçə günə saytımızda dərc olunacaq.
17:31 29.12.2025
Oxunuş sayı: 2085