Zelenski qarşıdakı günlərdə çox mühüm hadisələrin baş verə biləcəyini bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı günlərdə çox mühüm hadisələrin baş verə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Rüstəm Umerov (RED: Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov) Amerika tərəfi ilə son əlaqələri barədə məlumat verdi. Bir gün də itirmirik. Ən yüksək səviyyədə - Prezident Trampla yaxın gələcəkdə görüş barədə razılığa gəlmişik. Yeni ilə qədər çox şey qərarlaşdırıla bilər. Ukraynaya eşq olsun!", - o paylaşımda bildirib.

11:08 26.12.2025
Oxunuş sayı: 1544