AMB onları cəzalandırdı
Azərbaycan Mərkəzi Bankı (AMB) Finex Kredit BOKT (bank olmayan kredit təşkilatı) ASC-nin vəzifəli şəxsini 8 000 manat, BOKT Effektinvest MMC-nin vəzifəli şəxsini 4 500 manat, və BOKT Caspian İnvest MMC-nin vəzifəli şəxsini isə 1 500 manat cərimə edib.
Crossmedia.az AMB-yə istinadən xəbər verir ki, yoxlamalar zamanı "Bank olmayan kredit təşkilatları haqqında" Qanunun 22.1-ci maddəsinin, həmçinin "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulduğu müəyyənləşib.
Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən, AMB tərəfindən hər üç BOKT-un vəzifəli şəxsləri cəzalandırılıb.
16:44 17.12.2025
Oxunuş sayı: 1395