Həkimlə müsahibə: Bəzən ağız boşluğu qişasında yaranan dəyişikliklər prekanserogen hallar ola bilər- ANONS
Ağız və diş sağlamlığı insan orqanizminin ümumi vəziyyətini müəyyən edən əsas göstəricilərdən biridir. Bu sahədə yaranan hər bir problem təkcə estetik görünüşə deyil, həm də həzm sistemi, immunitet və həyat keyfiyyətinə birbaşa təsir göstərir. Müasir dövrdə stomatoloji xəstəliklərin artması, xüsusilə diş və dişəti patologiyalarının daha erkən yaşlarda müşahidə olunması profilaktik tədbirlərin, düzgün gigiyena vərdişlərinin və mütəmadi müayinə mədəniyyətinin aktuallığını artırır.
"Doktor danışır" rubrikasının növbəti qonağı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Parododontologiya Kafedrasının müəllimi, Azərbaycan Parodontologiya Cəmiyyətinin İdarə Heyəti Üzvü, Tibb Elmləri Fəlsəfə Doktoru, Parodontologiya uzmanı Dr. Hikmət Baxışovdur.
Müsahibənin bir neçə fikri təqdim edirik:
— "Prinsipimiz belədir ki, mümkün olan hər halda təbii dişi qorumalıyıq".
— "Kariyes multifaktorial xəstəlikdir".
— "Xüsusilə uşaqlarda – həm süd dişləri, həm də daimi dişlər çıxmağa başladığı dövrdə gigiyena çox vacibdir".
— Bəzən ağız boşluğu qişasında yaranan dəyişikliklər prekanserogen hallar ola bilər.
Qeyd edək ki, müsahibə yaxın günlərdə saytımızda yayımlanacaq.
Elmir Heydərli
11:57 15.12.2025
Oxunuş sayı: 1266