Rusiyaya güzəşt Ukraynaya sülh gətirməyəcək- Politoloq
Şərqi Avropada vəziyyət kifayət qədər gərgindir. ABŞ-ninin Ukraynaya təzyiqləri fonunda bəzi ekspertlər artıq Kiyev üçün sonuncu başlanğıcı mərhələsinin start götürdüyünü iddia edirlər. Ukrayna nə ABŞ-nin şərtlərinə razı ola, nə də müharibəni davam etdirə bilir. Belə bir vəziyyətdə nəinki savaşın perspektivi, müharibənin və Prezident Volodimir Zelenskinin hakimiyyətinin davamlılığı da sual yaradır.
Bu barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qərb Ukraynanı ərazi güzəştinə məcbur edib, buna nail olsa güc yolu ile sərhədlərin dəyişməsi presedenti yaranacaq: "Bununla da ikinci dünya müharibəsindən sonra yaranmış siyasi nizam iflasa uğrayacaq. Rusiya taktiki üstünlük əldə edib, növbəti işğal siyasətinə başlayacaq. Həmçinin digər regionlarda ərazi münaqişələri başlayacaq. ABŞ Ukraynanı ərazi güzəştinə məcbur etməsi və bəzi Avropa ölkələri bu planı dəstəkləməsi Qərbin rüsvayçı şəkildə Rusiya qarşısında məğlubiyyəti olacaq. Döyüşüb ərazi itirə bilərsən, onunla barışmayıb bir müddətdən sonra, yenidən ərazilərini döyüşüb, qaytara bilərsən, amma sülh üçün ərazi güzəştinə getmək məğlubiyyət və rüsvayçılıqdı".
Müsahibimiz əlavə edib ki, Rusiya kimi aqressor və bir imperialist ölkəyə ərazi güzəşti sülh gətirməyəcək, yeni faciələrə və işğallara zəmin yaradacaq: "Ağ Ev rəhbəri Donald Tramp Rusiya lideri Vladimir Putinin Sibirin yeraltı sərvətlərini birgə işlədilməsini təklif edib. Tramp bunun müqabilində bu rüsvayçı güzəştə razıdır".
12:22 12.12.2025
Oxunuş sayı: 1452