Aİ rəsmisi: Avropanın hərbi imkanları sürətlə artırılmalıdır
Avropanın hərbi imkanlarını sürətlə artırmalıyıq.
Crossmedia.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X"də yazıb.
"Avropa müdafiəsinin gücləndirilməsi və Ukraynanın dəstəklənməsi ayrı-ayrı istiqamətlər deyil. Bunlar bir-birini gücləndirən prioritetlərdir. Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniyadan olan müdafiə həmkarlarımızla bu gün keçirilən zəng hər iki istiqamətdə irəliləmək üçün ortaq qətiyyətimizi vurğuladı", - o bildirib.

16:55 11.12.2025
Oxunuş sayı: 1054