Baş Prokurorluq Qənimət Zahidovu istintaqa dəvət edib
Zahidov Qənimət Səlim oğlu Baş Prokurorluqda istintaqa dəvət edilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
Qeyd edilib ki, Q.Zahidov 2025-ci il oktyabrın 20-də istintaqa dəvət edilib, lakin gəlməyib.
O, noyabrın 24-də Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
14:14 17.11.2025
Oxunuş sayı: 1498