"Marsol" partnyorları Abşeron Ticarət Mərkəzində qonaq olub
Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Abşeron Ticarət Mərkəzi”ndə qonaq olub.
Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, görüş Abşeron Ticarət Mərkəzində fəaliyyət göstərən, Marsol Group partnyoru pərdə və döşəməlik qumaşların satışı ilə məşğul olan “Sarvagelli”nin şourumunda baş tutub. Şirkətin rəhbəri İlkin Rəcəbli şirkətin fəaliyyəti və məhsul çeşidləri barədə ətraflı məlumat verib. Daha sonra Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev biznes subyektləri arasında əlaqələrin gücləndirilməsinin, yerli sahibkarlığın inkişafında tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Həmçinin görüşdə iştirak edən Abşeron Ticarət Mərkəzinin İdarə Heyətinin sədri Araz Rəhimov mərkəzin fəaliyyəti, müəssisələrə yaradılan şərait və infrastruktur barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra qonaqlara “Sarvagelli” şirkəti tərəfindən hədiyyələr təqdim olunub.
Sonda Marsol Group partnyoru “Art Jalüz” şirkətinin şourumu ziyarət olunub. Şirkətin təsisçisi Bəxtiyar Zeynallı qonaqları istehsalat sahəsi və məhsulları ilə yaxından tanış edib.
Tədbir çərçivəsində partnyor şirkətlərin nümayəndələrinin iştirakı ilə Abşeron Ticarət Mərkəzində ekskursiya təşkil olunub. Ekskursiya zamanı iştirakçılar mərkəzin logistika və ticarət imkanları ilə yaxından tanış olublar.
Nəzərinizə çatdıraq ki, Marsol Group partnyoru olan Abşeron Ticarət Mərkəzi 275 hektarlıq ərazisi ilə Qafqazda inşa olunmuş ən böyük ticarət mərkəzidir. Nəhəng ticarət mərkəzində 700-dən çox mağaza, yüz minlərlə çeşiddə məhsul var.
09:33 14.11.2025
Oxunuş sayı: 1470