Rusiyanın “yaxın qonşu” ritorikası: Azərbaycanı təbrik etmədi, amma…- Kəskin reaksiya
Dünən, noyabrın səkkizində ayrı – ayrı dövlətlər Zəfərinin beşinci ildönümü münasibətilə Azərbaycanı təbrik etdilər. Dövlət və hökumət başçıları, Xarici İşlər Nazirlikləri, səfirliklər səviyyəsində. Rusiya- yaxın qonşumuz isə tamam başqa reaksiya verdi. Rusiya Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatda 10 noyabr 2020-ci ildə Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında əldə edilən üçtərəfli razılaşmaların öz aktuallığını qoruyub saxladığını iddia edib. Nə haray- həşirdir ki?!
Başqa vaxtda isə qonşuluqdan, müttəfiqikdə, dostluqdan danışılırlar. Bu da yaxın qonşu…
Politoloq Elxan Şahinoğlu rəsmi Moskvanın bu ritorikası barədə Crossmedia.az-a açıqlamasında deyib ki, Kreml Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə bizi təbrik etmək istəmir, ancaq beş il əvvəlki razılaşmanın xatırladılmasının da yeri yoxdur: “Rusiya özü həmin razılaşmaya doğru-dürüst riayət etmədi. Razılaşmaya zidd olaraq Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadı, rusiyalı hərbçilərin bilavasitə iştirakıyla separatçılara silah və sursat daşındı. Bu vəziyyətdə Azərbaycan müharibədən 3 il sonra anti-terror əməliyyatı keçirməyə məcbur qaldı”.
Həmsöhbətimizin sözlərinə görə, Kremlin iddiasının əksinə olaraq 10 noyabr 2020-ci il razılaşması aktuallığını itirib: “Razılaşmanı imzalayan üç ölkədən ikisinin lideri üçün də bu razılaşma aktual deyil. Aktual olan 8 avqust Vaşinqton razılaşmasıdır. Ağ Evdə sülh paraflanıb, “Tramp yolu” razılaşdırılıb. Bakı və İrəvan bu razılaşmaların yerinə yetirilməsi üzərində işləyirlər. Rusiya Cənub Qafqaz ölkələrinin daxili işlərinə qarışmasın, bölgə ölkələri arasında əməkdaşlığa mane olmasın, bunun özü sülhə töhvə kimi qiymətləndiriləcək”.
10:20 09.11.2025
Oxunuş sayı: 1353