“Sputnik Azərbaycan”ın həbsdə olan şef redaktoru 3 aylıq ev dustaqlığına buraxılıb
Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) şef redaktoru Yevgeniy Belousov barəsində qərar verilib.
Crossmedia.az xəbər verir ki, Yevgeniy Belousov barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bununla bağlı bu gün Xətai rayon məhkəməsində qərar qəbul olunub.
Qeyd edək ki, Yevgeniy Belousovun azadlığa buraxılması barədə ilkin olaraq gununsesi.info məlumat yayıb.
Xatırladaq ki, bir qədər əvvəl “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. O, daha sonra Rusiyaya yola salınıb.
13:37 24.10.2025
Oxunuş sayı: 1453