Göydəniz Qəhrəmanov: Azərbaycana sağlamlıq turizmi ilə bağlı güclü axın gözlənilir

Yaxın gələcəkdə Azərbaycana sağlamlıq turizmi ilə üz tutanların güclü axını gözlənilir.
Crossmedia.az xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransında bildirib.
"Bu gün Azərbaycanda turizm sürətlə inkişaf edir, ölkədə turizm yönümlü infrastruktur qurulur. Çox qısa zamanda işğaldan azad edilmiş ərazilərdə 3 beynəlxalq hava limanı inşa edilib. Turizm qeyri-neft-qaz sektorunun önəmli sahələrindən biridir və ölkəmizə valyuta axınını təmin edir, yeni iş yerləri yaradır", - deyə o qeyd edib.
11:20 15.10.2025
Oxunuş sayı: 1319