Bakıda Azərbaycan-Belarus biznes forumu start götürüb

Bakıda Azərbaycan-Belarus biznes forumu öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, forumda Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı, Belarus Ticarət-Sənaye Palatasının Minsk bölməsinin xarici iqtisadi əlaqələr üzrə baş direktor müavini, “Belarus Respublikasının ixrac potensialının təqdimatı” nümayəndə heyətinin rəhbəri İrina İvanova və digər şəxslər iştirak edirlər.
Tədbirdə həmçinin AZPROMO-nun investorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Emin Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Katibliyinin rəhbər müavini Əmir Şirinbəyli və “Velikiy Kamen” Sənaye Parkının investorlarla iş üzrə idarə rəisi Roman Aleynikov tərəfindən təqdimatlar nümayiş olunacaq.
10:59 15.10.2025
Oxunuş sayı: 1306