Bakıda II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı" keçirilir

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 15-də II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı" işə başlayıb.
Crossmedia.az xəbər verir ki, konfransın məqsədi sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən mütəxəssisləri və xidmət təminatçılarını bir araya gətirərək daha güclü əlaqələrin qurulmasını, səmərəli tərəfdaşlıqların formalaşdırılmasını və Azərbaycanda sağlamlıq və tibbi turizm sahələrində yeni imkanların araşdırılmasını təşviq etməkdir.
Tədbirdə “Rifah” və “Tibbi turizm” mövzularına həsr olunmuş panel müzakirələri keçiriləcək, həmçinin sektorda fəaliyyət göstərən aparıcı şirkətlərin iştirak edəcəyi sərgi təşkil olunacaq.
10:27 15.10.2025
Oxunuş sayı: 1483