“AzərEnerji” ilə “Masdar” Azərbaycanda icra olunan layihələri müzakirə edib

Azərbaycanda
səfərdə olan “Masdar” şirkətinin Biznes və Layihə İnkişafı üzrə direktoru
Abdulla Zayedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “AzərEnerji” ASC-nin
sədri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə
Crossmedia.az -a “AzərEnerji” ASC-dən bildirilib.
Görüş zamanı
əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə
olunub. Həmçinin ümumi qoyuluş gücü 1000 MVt olan Bankə, Biləsuvar və Qaradağ Günəş
və külək elektrik stansiyaları layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
20:24 01.10.2025
Oxunuş sayı: 877