Klaus Müller: "Azərbaycanda IoT hələ biznes üçün kritik əhəmiyyətə malik deyil"

Azərbaycanda müştərilər əşyaların interneti (IoT)
texnologiyalarının tətbiqinə yox, ilk növbədə, biznesin inkişafına yönəlirlər.
Crossmedia.az xəbər verir ki,
bunu "Bakcell" şirkətinin baş direktoru Klaus Müller "PASA
Holdinq"in təşkil etdiyi "INMerge 20256" İnnovasiya Sammiti
çərçivəsində keçirilən "Fintek, telekommunikasiya və bank işi - sahələr
arasında sinerjinin öyrənilməsi" adlı panel müzakirəsində bildirib.
"Buna
görə də IoT hələ ki, "Bakcell" şirkətinin strategiyasında mərkəzi yer
tutmur", - o qeyd edib.
Baş
direktorun sözlərinə görə, IoT-nin əsas sahələrdə fəal şəkildə tətbiq olunduğu
bir sıra digər ölkələrdən fərqli olaraq, Azərbaycanda bu seqment biznes üçün
kritik əhəmiyyətə malik deyil.
"Bu,
bizim bununla məşğul olmadığımız anlamına gəlmir. Əlbəttə, biz IoT üzərində
işləyirik. Lakin digər ölkələrlə müqayisədə Azərbaycan ön sıralarda deyil. Biz
bunu diqqətdə saxlayırıq. Bu, əsas prioritet deyil, lakin onun vaxtı
gələcək", - K.Müller vurğulayıb.(Report)
18:43 29.09.2025
Oxunuş sayı: 775