Baş Prokurorluq: Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var

Həkim məsuliyyətsizliyi nəticəsində ölüm faktlarına görə məsuliyyətə cəlb edilən səhiyyə işçiləri var.
Crossmedia.az xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov sosial şəbəkədə canlı yayımda deyib.
Onun sözlərinə görə, son dövrlərədək ölkədə həkimlərini cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı maddə mövcud deyildi: "Cari ilin 13 iyununda Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada təsdiq olundu. Bununla da, tibb işçilərinin öz işinə vicdansız və laqeyd münasibəti nəticəsində xəstənin sağlamlığına az ağır zərər vurulduqda cinayət tərkibi yaranır".
11:57 18.09.2025
Oxunuş sayı: 687