BDYPİ “1 sual – 1 cavab”da açıqlayır: İnzibati qərardan şikayət müddəti

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilən “1 sual – 1 cavab” rubrikası vətəndaşların gündəlik həyatında qarşılaşa biləcəyi mühüm hüquqi məsələlərə aydınlıq gətirməyi hədəfləyir.
Crossmedia.az xəbər verir ki, rubrikanın növbəti buraxılışında mövzu inzibati xəta haqqında çıxarılan qərarlardan şikayət verilməsi ilə bağlıdır.
Bəzi hallarda yol hərəkəti iştirakçıları inzibati qaydada çıxarılan qərarlardan narazı qaldıqda hansı addımı ata biləcəklərini və bu hüququn hansı müddətdə qüvvədə olduğunu dəqiq bilmirlər. Məhz buna görə də rubrikada mövzuya dair ən vacib məqam izah olunur və qanunvericiliyin nəzərdə tutduğu müddət barədə məlumat verilir.
Ənənəyə uyğun olaraq cavab videomaterial vasitəsilə təqdim edilir.
09:17 11.09.2025
Oxunuş sayı: 888