Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə müvafiq ekspertizalar təyin olunub - RƏSMİ

Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, uşağın aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub. Həmçinin, qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür.
Araşdırma davam edir.
Qeyd edək ki, sentyabrın birində Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma başladılıb. "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, azyşalının zorakılığa məruz qalması barədə qonşular məlumat veriblər.
Mehriban Yariyeva
15:13 02.09.2025
Oxunuş sayı: 1566