Azərbaycana turist axını 2 %-ə yaxın azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 477,9 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Crossmedia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 26,1 faizi Rusiya, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1 faiz olmaqla Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olub, 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.
1 il əvvələ nisbətən Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 42,9 faiz, Qırğızıstandan - 36 faiz, İordaniyadan - 28,7 faiz, Qazaxıstandan - 20,6 faiz, Özbəkistandan -19,8 faiz, Niderlanddan -16,3 faiz, Pakistandan - 16,1 faiz, Kanadadan - 15,8 faiz, ABŞ-dan - 15,6 faiz, Almaniyadan -13,2 faiz, İtaliyadan - 10,9 faiz, Cənubi Koreyadan - 10,8 faiz artıb.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 faiz artaraq 61 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 faiz azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6 faiz azalaraq 522,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 4,1 faiz artaraq 656,8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
16:25 19.08.2025
Oxunuş sayı: 663