Azərbaycanda turagentlərin və turoperatorların gəliri 2 dəfədən çox artıb

2024-cü ildə Azərbaycanda turagentlər və turoperatorlar 166,4 milyon manat gəlir əldə edib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən il ölkədə 381 turagent və turoperator fəaliyyət göstərib. Bu, əvvəlki ilə nisbətən 27 % çoxdur.
Hesabat dövründə turagentlərin və turoperatorların işçilərinin sayı isə 25,6 % artaraq 2 132-ə çatıb.
10:20 14.08.2025
Oxunuş sayı: 1146