Baş Prokurorluq: "Nazirliyin Kəlbəcərdə baş vermiş hadisə barədə yaydığı məlumat doğrudur"

Dünən Kəlbəcər rayonunda baş vermiş mina partlayışı hadisəsində hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 4 nəfər hadisə yerindən təxliyə edilərək xəstəxanaya yerləşdirilib və hazırda müalicələri davam etdirilir. 1 nəfər hərbi qulluqçuya isə yerində ilkin tibbi yardım göstərilib.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Müdafiə Nazirliyinin məlumatında 4 nəfərin təxliyə olunması, Baş Prokurorluğun yaydığı məlumatda isə 5 nəfərin xəsarət alması qeyd olunub.
Yəni Müdafiə Nazirliyi hərbi qulluqçuların təxliyəsi, Baş Prokurorluq isə hərbi qulluqçuların xəsarət alması barədə məlumat yayıb. Hər iki məlumat doğrudur, istifadə etmək olar.
Nəzərə almağınızı xahiş edirik.
11:42 06.08.2025
Oxunuş sayı: 693