Bakıda itkin sayılan 20 yaşlı qadın evi könüllü tərk etdiyini bildirib

Rayonun Buzovna qəsəbəsində yaşayan Şəfa Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Bu barədə Crossmedia.az-a DİN mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Şəfa Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib.
Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Şəfa Bayrızadə evli olub, bir övladı var.
17:36 03.08.2025
Oxunuş sayı: 769